Tahir Gözəl: “İndi “Barselona” ilə eyniyik” - VİDEO

01:40 Qarabağ 157
Tahir Gözəl: “İndi “Barselona” ilə eyniyik” - VİDEO

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası üzərində 3:2 hesabı ilə möhtəşəm qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl matçdan sonra açıqlama verib:

“Həyatda nə qazanmaq, nə də itirmək – bunlar boş söhbətdir. Həmişə o iradəni qapmalısan. Mən razıyam, büdcəyə bir az dəstək lazımdır.

Çünki biz elə yerə gəlib çatmışıq ki, bu bizə artıq ruh halı verir ki sponsordan dəstək istəyək. Bu gün də “Azersun” böyük işlər görür.

Ona görə də sağ olsunlar. Bundan sonrakı əsas arzum ilk 24-lüyə düşməkdir.

Bu gün də şansımız var. Liverpulda heç nə qazanmasaq da, yenə şansımız var.

İndi “Barselona” ilə biz eyniyik. Bir tur qalıb və eyniyik. İndi “Qalatasaray”a, “Yuventus”a baxın.

Heç olmasa, Liverpuldan bərabərliklə qayıtsaq, məncə, bizə kömək edəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 16:10 Çək və bizə göndər!