“Qarabağ” tarixi ilklərin astanasındadır.
Bunun üçün axşamkı qarşılaşmada “Ayntraxt”ı məğlub etmək mütləqdir.
“Köhlən atlar” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində qarşılaşacağı Almaniya təmsilçisini meydandan başıaşağı çıxmağa məcbur etsə, ilk 24 komanda arasında yer almaq, bununla da pley-offa yüksəlmək şansını bir xeyli artıracaq.
Hətta sonuncu turda “Liverpul”a uduzsa belə.
Təbii ki, digər qarşılaşmalardakı nəticələr də mühüm rol oynayacaq.
Digər önəmli məqam “Qarabağ”ın avrokubok tarixində Almaniya komandaları üzərində qələbə qazana bilməməsidir.
İki dəfə buna yaxın olsa da, hər iki halda heç-heçə qeydə alınıb. Digər səkkiz matçın hamısında sevinən tərəf rəqiblər olub.
1996-cı ildən avrokuboklarda mübarizə aparan Ağdam təmsilçisi Frankfurtun komandasını məğlub etməyi bacarsa, almanlarla duellərdəki 16 illik həsrətə son qoyacaq.
10 oyunun ümumi mənzərəsi belədir.
2010/11, Avropa Liqası, pley-off
Qarabağ – Borussiya (Dortmund) – 0:1
Borussiya (Dortmund) – Qarabağ – 4:0
2013/14, Avropa Liqası, pley-off
Ayntraxt (Frankfurt) – Qarabağ – 2:1
Qarabağ – Ayntraxt (Frankfurt) – 0:2
2022/23, Avropa Liqası, qrup mərhələsi
Frayburq – Qarabağ – 2:1
Qarabağ – Frayburq – 1:1
2023/24, Avropa Liqası, qrup mərhələsi
Bayer Leverkuzen – Qarabağ – 5:1
Qarabağ – Bayer Leverkuzen – 0:1
2023/24, Avropa Liqası, 1/16 mərhələsi
Qarabağ – Bayer Leverkuzen – 2:2
Bayer Leverkuzen – Qarabağ – 3:2
Azərbaycanın Avropadakı qüruru Avropa Liqasında, eləcə də Konfrans Liqasında qrup mərhələsi səddini aşmağı bacarıb.
İndi isə Çempionlar Liqasında buna yaxındır. Bunun üçün “Ayntraxt”ı məğlub etmək son dərəcə vacibdir.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyun saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

