"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün "Ayntraxt" (Frankfurt) ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
Bunadək "Qarabağ" “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik"ə (1:3), "Napoli"yə (0:2) və "Ayaks"a (2:4) uduzub.
"Ayntraxt" isə "Qalatasaray"a (5:1) qalib gəlib, "Napoli" ilə heç-heçə edib, "Atletiko"ya (1:5), "Liverpul"a (1:5), "Atalanta"ya (0:3) və "Barselona"ya (1:2) məğlub olub.
Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 7 xalla 25-cidir. 3 gün əvvəl Dino Toppmölleri istefaya göndərən və bugünkü matça Dennis Şmittin rəhbərliyi altında çıxacaq olan "Ayntraxt" isə 4 xalla 33-cüdür.
“Qarabağ”ın futbolçuları bu gecə böyük miqdarda pul qazana bilər. Bunun üçün onların rəqibinə qalib gəlməsi vacibdir.
Son iki turda 3 xala həsrət qalan “köhlən atlar” meydandan qələbə ilə ayrılarsa, oyunçularına böyük miqdarda vəsait ödəyəcək.
Məbləğ sizi şok edəcək! Burada söhbət 150 min manat civarında məbləğdən gedir.
Əsas heyətdə meydana çıxanların hər biri bu qədər irəli düşəcək. Sonradan yaşıl sahəyə ayaq basanlar göstərilən rəqəmin 70 faizini alacaq.
SPORTİNFO.AZ

