“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində “Ayntraxt” ilə keçiriləcək qarşılaşma öncəsi son məşqinə çıxıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu sonuncu məşqlə hazırlıqlarını tamamlayıb.
Ağdam təmsilçisi bu oyuna qədər keçirdiyi son 5 matçda 2 qələbə və 1 heç-heçə əldə edib.
Almaniya klubu isə turnir cədvəlində 31-ci pillədədir və Bakıdan xalla qayıtmağa çalışacaq.
Bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

