“Həddindən artıq yanlış qərarlar vermişik” - "Ayntraxt"ın kapitanı

19:20 Qarabağ 147
“Həddindən artıq yanlış qərarlar vermişik” - "Ayntraxt"ın kapitanı

"Bizi vacib oyunlar gözləyir.

Mümkün qədər tez dəyişiklik etməli və qələbələr qazanmalıyıq. Hazırda çətin bir dövrdən keçirik."

Sportinfo.az xəbər verir ki, bu sözləri "Ayntraxt"ın kapitanı Robin Koç Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun "Qarabağ"la keçiriləcək oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

O, son zamanlar öz səhvlərindən uğur qazana bilmədiklərini və artıq bu problemləri aradan qaldırmalı olduqlarını bildirib:

"Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik. Hamı hər zaman maksimumunu ortaya qoymaq istəyirdi.

Gələcəkdə birlikdə çıxış etməli və buraxdığımız qollarla bağlı problemləri nəzarət altına almalıyıq.

Azarkeşlərimizin bizim üçün nə qədər önəmli olduğunu hamı bilir. Sabah yanımızda olmasalar da, arxamızda olduqlarını bilirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?