“Qarabağ”ın yeni ulduzu: “Onları qürurlandırmaq üçün hər şeyimizi verəcəyik”

20:00 Qarabağ 170
“Qarabağ”ın yeni ulduzu: “Onları qürurlandırmaq üçün hər şeyimizi verəcəyik”

“Qarabağ” cari mövsümün bəlkə də həlledici oyunlarından birinə hazırlaşır.

Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 6 oyunda aktivinə 7 xal yazan təmsilçimizin növbəti rəqibi “Ayntraxt”dır.

“Köhlən atlar” çərşənbə günü qələbə qazanmağı bacarsa, xalların sayını 10-a yüksəldəcək ki, məhz bu rəqəm pley-off şanslarını bir xeyli artıracaq.

Komandanın Antalya toplanışında keçirdiyi 3 yoxlama görüşündə qalib gəlməsi azarkeşlərin Almaniya təmsilçisi üzərində mümkün qələbəyə inamını artırıb.

Hazırda kollektivdə hökm sürən yüksək ab-hava da buna işarədir.

“Qarabağ”ın əsas simalarından birinə çevrilməkdə olan ispaniyalı yarımmüdafiəçi Joni Montiel Sportinfo.az-a açıqlamasında “Ayntraxt”la oyundakı istəkdən söz açıb:

“Komandamız hər oyuna hazır vəziyyətdə çıxır və məşqlərdə son həddə qədər çalışır. Futbolda nəticəni öncədən vəd etmək mümkün deyil.

Çünki bu, bir çox amildən asılıdı. Amma azarkeşlərimiz əmin ola bilər ki, meydanda son ana qədər mübarizə aparacaq və onları qürurlandırmaq üçün hər şeyimizi verəcəyik”.

Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Ayntraxt” matçının start fiti saat 21:45-də çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?