“Qarabağ”ın rəsmi təklif göndərdiyi legionerlərlə bağlı SON DƏQİQƏ XƏBƏRİ!

15:00 Qarabağ 500
“Qarabağ”ın rəsmi təklif göndərdiyi legionerlərlə bağlı SON DƏQİQƏ XƏBƏRİ!

«Qarabağ»ın maraq dairəsində olan yeni oyunçularla bağlı bəzi detallar bilinib.

Saytımız bu barədə maraqlı məlumatlar əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, Ağdam təmsilçisi hücum xəttini gücləndirməyi planlaşdırır.

Qurban Qurbanovun sərəncamında görmək istədiyi legionerlər hazırda Avropada çıxış eləyir. Onlardan biri konqolu, digəri isə kolumbiyalıdır.

Çempionlar Liqasında mübarizə aparan «köhlən atlar» hər iki forvard üçün məxsus olduqları klublara rəsmi təklif göndərib. «Qarabağ» təzminat ödəməyə hazırdır və şərtləri ilə qarşı tərəfi tanış edib.

Danışıqların ilkin mərhələsi artıq arxada qalıb. Nəticələr barədə danışmaq isə hələ tezdir.

Bu da deməyə əsas verir ki, Azərbaycanın ən güclü klubu hazırkı qış «transfer pəncərəsi»ni boş keçirmək istəmir. Mövsümün ikinci yarısı qabaqdadır,

Qurban Qurbanov bilir ki, onları bir-birindən ağır həftələr gözləyir.

Yeniləri Çempionlar Liqasında oynatmaq mümkün olmasa da, Premyer Liqada «Sabah»la birincilik mübarizənin gərgin keçəcəyi şübhə doğurmur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?