Çempionlar Liqasının 7-ci turunda “Qarabağ”ın rəqibi olan “Ayntraxt” bu gün Bakıya gəlir.
Sportinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi rəsmi açıqlamasında yazır:
“Qartallar”ı Çempionlar Liqasının cari mövsümündə ən uzun səfər gözləyir (4,5–5 saat).
Çərşənbə axşamı komandanın təyyarəsi Azərbaycan istiqamətində havaya qalxacaq”.
Bu gün yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 12:30) “Ayntraxt” oyun üçün son məşqini keçiriləcək. Saat 10:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi EintrachtTV-də canlı yayımlanacaq.
Saat 12:15-də müvəqqəti baş məşqçi Dennis Şmitt və komandanın kapitanı Robin Kox mətbuat konfransında iştirak edəcəklər.
Günüb ikinci yarısı isə komanda Bakıya yollanacaq.
“Qarabağ” - “Ayntraxt” matçı sabah Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq.

