“Qarabağ“la 3 illik müqavilə bağladı, İngiltərə klubunun maraq dairəsinə düşdü

13:00 Qarabağ 930
“Qarabağ“la 3 illik müqavilə bağladı, İngiltərə klubunun maraq dairəsinə düşdü

“Qarabağ“ın ötən ilin avqustunda “Portimonense”dən sıralarına qatdığı Kamilo Durana İngiltərədən maraq var.

Kolumbiyalı vinger Çempionşipdə mübarizə aparan “Preston“un hədəfindədir.

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan klub 24 yaşlı legioneri yaxından izləməyə başlayıb.

Böyük Britaniya təmsilçisinin nümayəndələri sabah Azərbaycana gələcək. Onlar “köhlən atlar“ın Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində “Ayntraxt“la keçirəcəyi matça çılpaq gözlə tamaşa eləcək.

“Preston“ Çempionşipin geridə qalan 27 turu ərzində 43 xal toplayıb. Onlar turnir cədvəlinin altıncı turunda yer alıb.

Ağdam təmsilçisi ilə 24 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb.

Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında forma geyinib.

O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də tər töküb. Kolumbiyanın U-20 millisinin də üzvü olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?