Azərbaycan millisinin almaniyalı sabiq baş məşqçisi "Qarabağ" üçün Bakıya gəlir

02:30 Qarabağ 84
Azərbaycan millisinin almaniyalı sabiq baş məşqçisi "Qarabağ" üçün Bakıya gəlir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 63 yaşlı mütəxəssis özü məlumat verib.

O, "Qarabağ" və "Ayntraxt" (Frankfurt) arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu üçün ölkəmizə səfər edəcəyini söyləyib:

"Ayntraxt" klubu ilə Azərbaycana gələcəyəm. Məni bu matça dəvət ediblər".

Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb.

Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub.

Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.

"Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR