"Qarabağ"ın istədiyi hücumçunu bu kluba SATIRLAR!

00:30 Qarabağ 259
"Qarabağ"ın istədiyi hücumçunu bu kluba SATIRLAR!

"Qarabağ"ın transfer gündəmində olan Belçikanın 2-ci liqa təmsilçisi "Lyej" klubunun futbolçusu Umar Diuf barədə yeni məlumat yayılıb.

Sportinfo.az "Walfoot" nəşrinə istinadən xəbər verir ki, seneqallı hücumçu karyerasını Belçikanın yüksək liqası olan Yupiler Pro Liqasında davam etdirəcək.

Xəbərə əsasən, futbolçu ilə digər klublar arasında aparılan danışıqlar nəticəsiz qalıb.

Belçika nəşri yazır ki, “Saint-Truiden” 22 yaşlı forvardın transfer məsələsində "Lyej"lə razılığa gəlib.

Transferin məbləğinin təxminən 900 min avro olduğu qeyd olunur. Hazırda yalnız futbolçunun şəxsi müqaviləsinin detalları üzərində iş aparılır.

Diufun özü də Belçikanın yüksək liqasında oynamağa müsbət yanaşır.

Umar Diuf bu mövsüm "Lyej" forması ilə 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib. O, ötən ilin yayında "Çaykurspor"dan (Türkiyə) 750 min avro qarşılığında "Lyej"ə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR