“Bura tam hazır gəlməmişdim” - “Qarabağ”da gündəmin adamı “Sportinfo”ya danışdı

20:00 Qarabağ 280
“Bura tam hazır gəlməmişdim” - “Qarabağ”da gündəmin adamı “Sportinfo”ya danışdı

Qurban Qurbanovun daha bir seçiminin uğurlu alındığını deyə bilərik.

Yayda komandaya cəlb olunan Joni Montiel ilk dönəmlərdə artıq çəkidən əziyyət çəkirdi. Formaya düşmək və komandanın oyununa uyğunlaşmaq müəyyən qədər zaman aldı.

Lakin son matçlarda göstərdiyi performansla baş məşqçinin seçimində yanılmadığını sübut etməkdədir.

Xüsusən Kadi Borgesin olmadığı dönəmdə Montiel top saxlamaq, ötürmə vermək, oyunu üzərinə götürmək keyfiyyətlərini ortaya qoymağı bacardı.

Antalya toplanışındakı yoxlama görüşlərində vurduğu 2 qol isə azarkeşlərin könlünü oxşadı.

Vaxtilə İspaniyanın U-17, U-18 və U-19 milli komandalarında 9 oyun keçirmiş yarımmüdafiəçi Sportinfo.az-a verdiyi açıqlamada qış toplanışından və uyğunlaşma prosesindən söz açıb:

“Mövsümün ikinci və həlledici mərhələsi üçün çox intensiv məşqlər keçmişik. Komanda son həftə ərzində həm fiziki, həm də mental baxımdan özünü yaxşı tərəfdən göstərdi.

Hər bir futbolçunun uyğunlaşma prosesi olur, xüsusilə də yeni ölkədə çıxış edəndə. Mən bura həm oyun ritmi, həm də özümə inam baxımından tam hazır gəlməmişdim.

Zamanla bunları bərpa edirəm və bu, davamlılıqla birlikdə futbolçu üçün ən önəmli məqamlardandır”.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Montiel buna qədər yalnız İspaniya klublarının – “Rayo Valyekano”, “Toledo”, “Deportivo”, “Ovyedo”, “Levante”, “Valyadolid”, “Burqos”un uğurları üçün tər töküb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti