Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.
Klublarımız 1 aylıq istirahətdən qayıdır. Təbii ki, fasilədən sonra ən ciddi sınaq yenə “Qarabağ”ı gözləyir.
Ağdam klubunun ilk rəsmi oyunu Çempionlar Liqasına təsadüf edəcək.
Söhbət “Ayntrax”la qarşılaşmadan gedir.
Rəqibdən fərqli olaraq, Ağdam klubu bu il ilk rəsmi görüşünə çıxacaq.
Maraqlıdır, bu məqam pley-off şanslarımıza necə təsir edə bilər?
“Kəhər atlar”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Sportinfo.az-a açıqlamasında bunları dedi:
“Fasilədən sonra birbaşa ÇL-də oynamaq çətinlik yarada bilər. Səhv etmirəmsə, onlarda Bundesliqa davam edirdi.
Bununla belə, qış toplaşını Türkiyədə keçirdik və orada bir neçə yoldaşlıq oyununa çıxdıq. Bəlkə də hardasa bir az çətinlik ola bilər.
Amma bu matçda maksimum nəticə əldə etmək istəyirik.
Çünki başqa şansımız yoxdur”.
XANOĞLAN

