Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda "Srvena Zvezda" (Serbiya) ilə görüşdəki məğlubiyyətdən (0:1) danışan FKSB-тшт (Rumıniya) sahibi Gigi Bekali ötən mövsüm eyni turnirdə Bakıda “Qarabağ” üzərindəki qələbəni (3:2) da xatırlayıb.
Sportinfo.az “Digi Sport”a istinadən xəbər verir ki, o, ən yaxşı oyunlarının “Qarabağ”a qarşı olduğunu deyib:
"Düşünürəm ki, Allah Sizottinin “Srvena Zvezda” ilə görüşdə dirəyə dəyməsini istədi. O, başqa bir vəziyyətdə də eyni şeyi istəyirdi.
Ən yaxşı oyunumuz “Qarabağ”a qarşı olmuşdu. O matçda iki korner zərbəsi yerinə yetirdik və 3:2 hesabı ilə qalib gəldik.
Bizi qələbəni gətirən elə həmin iki korner idi".

