Qurban Qurbanovdan SON XƏBƏRDARLIQ - Bir də bağışlamayacam!

14:00 Qarabağ 261
Qurban Qurbanovdan SON XƏBƏRDARLIQ - Bir də bağışlamayacam!

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bütün futbolçulara sonuncu xəbərdarlığını edib.

O, meydanda idmançıya yaraşmayan hərəkətlərə yol verən, hakimlərlə və bir-birləriylə mübahisə eləyən oyunçulara sərt üzünü göstərəcək.

Onlar əsas heyətdən uzaqlaşdırılacaq, eyni zamanda, böyük miqdarda cərimə olunacaqlar.

Təcrübəli mütəxəssis bildirib ki, «Qarabağ»ın formasını geyinən hər kəs məsuliyyətli davranmağı bacarmalı, komanda yoldaşlarına hörmətlə yanaşmalıdır.

Çalışdırıcı daxili nizam-intizam kodeksinin hamı üçün keçərli olduğunu, bu kimi hallarda güzəştə getməyəcəyini söyləyib.

Qurbanovu hiddətləndirən hadisə İtaliyada baş verib. Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində «Napoli»nin qonağı olan «köhlən atlar»ın iki legionerinin sözü çəp gəlib.

Ev sahiblərinin penalti zərbəsini yerinə yetirməyə hazırlaşdığı əsnada Marko Yankoviçlə Mateus Silva arasında gərginlik yaranıb.

Monteneqrolu yarımmüdafiəçi braziliyalı müdafiəçinin üzərinə yeriyib, bu zaman komandanın digər üzvləri onları sakitləşdiriblər.

Odur ki, hər iki əcnəbi Premyer Liqanın 13-cü turunun «Karvan»la görüşündə (2:0) iştirak ərizəsindən kənarda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 15:00 Kasıb olanda nə olar…