“Mən hələ Quban Qurbanov kimi məşqçi ilə qarşılaşmamışam”

12:40 Qarabağ 85
“Mən hələ Quban Qurbanov kimi məşqçi ilə qarşılaşmamışam”

“Hələ ki, belə bir şəxsiyyətə malik məşqçi ilə qarşılaşmamışam”.

Sportinfo.az xəbər verir ki, bunu Polşa mətbuatına müsahibəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşa millisinin kiperi Qurban Qurbanov barədə danışıb:

“O, oyunçularla çox danışmır, yalnız ciddi bir şey baş verəndə söhbət edir. Onunla işləməkdən zövq alıram və yanaşmasını bəyənirəm.

Çünki Qurban Qurbanov hər matçda öz standartlarımızı müəyyən etməyimizi istəyir.

Bu, ötən il “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”lə (Leverkuzen) əla iki oyunluq çətin matçlardan (2:2 və 2:3) sonra mübarizədən kənarlaşdırıldığımız zaman özünü göstərdi.

İndi azarkeşlərdən narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə uduzduğunu düşünməməyimi xahiş edən mesajlar alıram.

Bir sözlə, məşqçi Qurbanov müstəsna bir fiqurdur. O, başqa yaxşı klublarda işləyə bilərdi, amma burada əsas rol oynayır”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü