“Bakıda şoka düşdüm, əvvəllər heç vaxt belə şey yaşamamışdım”

22:40 Qarabağ 194
“Bakıda şoka düşdüm, əvvəllər heç vaxt belə şey yaşamamışdım”

“Əvvəllər heç vaxt belə şey yaşamamışdım”.

Sportinfo.az xəbər verir ki, bunu Polşa mətbuatına müsahibəsində “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

O, Azərbaycanda ən çox təəccübləniyi anı xatırlayıb:

“Yeni binada mənzilə baxmaq üçün getdim. Maraqlıdır ki, orada bir neçə nəfər əlində gül, kameralarla məni qarşıladı.

Şoka düşdüm. Belə şeylərin məşhurlar üçün olduğunu düşünürdüm. Mən məşhur deyildim və indi də deyiləm.

Amma çox xoş idi. Sonradan isə məni və agentimi Azərbaycan yeməkləri yeməyə dəvət etdilər.

Müxtəlif mənzilləri gəzdirdilər. Bunu əbədi xatırlayacağam”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"