Onlar olmasa, “Qarabağ” nə edər, batar ki…

14:40 Qarabağ 132
Onlar olmasa, “Qarabağ” nə edər, batar ki…

Mən «Qarabağ» avrokuboklara bir, Premyer Liqaya başqa cür hazırlaşır» fikirləri ilə qətiyyən razılaşmıram.

Heç «Qurban Qurbanovun əlində iki güclü heyət var» deyənlərin mövqeyinə də qatılmıram.

Heç elə şey yoxdur. Aydın məsələdir, Qurbanov belə olmasını istəyir və istəyər. Bu, sadəcə, diləkdir.

«Karvan» cari çempionatın ən zəif «halqa»sıdır, «Qarabağ» Zubirsiz, Addaisiz, Duransız, Elvinsiz bu komandanın müdafiəsini yara, ona qol vura bilmirsə, biz hansı ikinci heyətdən danışırıq?

Çempionlar Liqasında az şans qazananlar daha orada-burada, künc-bucaqda şikayətlənməsin: «Karvan»la qarşılaşmada hamısı şans qazandı, amma nə etdilər, bir baxsınlar özlərinə…

Qurban Qurbanov ağır İtaliya səfərindən məyus dönmüş aparıcı oyunçuların heç birini yormazdı - əgər Şeydayevli, Kaşuklu, Boltlu «11-lik» bu qarşılaşmanı onlarsız çıxarmağın yolunu tapsaydı. 60-cı dəqiqədən sonra ard-arda 5 əvəzetmə, bilirsiz, nə deməkdir?

Bu, Çempionlar Liqasınla pley-off mərhələsinə vəsiqə qazanmaq xəyalı quran bir komandanın ehtiyat skamyasının zay vəziyyətdə olmasının göstəricisidir.

Pis əlamətdir bu. Təhlükəli haldır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"