“Ən yaxşısı hansıdır?" - VİDEO

08:40 Qarabağ 85
“Ən yaxşısı hansıdır?" - VİDEO

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin üç seyvi Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.

Avropa futbol qurumu paylaşımda "qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.

"Qarabağ" Liqa mərhələsinin V turunda Neapol klubuna 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"
30 Noyabr 20:00 Çək və bizə göndər!