Qurban Qurbanov mübahisə edən futbolçularına mesajını ötürdü

1 Dekabr 2025 01:00 Qarabağ 552
Qurban Qurbanov mübahisə edən futbolçularına mesajını ötürdü

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası çərçivəsində "Napoli" ilə keçirilən görüşdə Marko Yankoviç və Mateus Silva arasında yaşanan mübahisəyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis hadisəni futbolun emosional təbiəti ilə əlaqələndirsə də, futbolçulara intizamla bağlı xəbərdarlıq etdiyini də vurğulayıb:

"Futbol emosional oyundur. Biz bu cür, hətta bundan daha sərt halların dəfələrlə şahidi olmuşuq.

Buna baxmayaraq, belə gərgin oyunlarda futbolçular emosiyalarını cilovlamağı bacarmalıdırlar. Çünki bu, matçın gedişatına birbaşa təsir edə bilər.

Mən bu barədə ümumi fikirlərimi artıq bildirmişəm və bu mövzuya çox ciddi diqqət ayırıram".

Sözügedən mübahisənin baş verdiyi "Qarabağ" - "Napoli" qarşılaşmasında Azərbaycan çempionu 2:0 hesabı ilə rəqibinə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!