Braziliyalı Yankoviçlə mübahisəsindən danışdı: “Hər şey həll olunub” - VİDEO

30 Noyabr 2025 11:30 Qarabağ 1 041
Braziliyalı Yankoviçlə mübahisəsindən danışdı: “Hər şey həll olunub” - VİDEO

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Mateuş Silva Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Napoli” ilə keçirilən görüşdə (2:0) Marko Yankoviçlə aralarında baş verən mübahisədən danışıb.

Braziliyalı legioner bildirib ki, həmin epizodda ciddi bir şey yox idi.

“Həmişə baş verən situasiyalardır. Hər şey həll olunub, hər şey qaydasındadır”, - o qeyd edib.

Sözügedən oyunda italyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun legionerləri Marko Yankoviç və Mateuş Silva arasında mübahisə düşüb. Komanda yoldaşları onları sakitləşdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!