"Qarabağ" 60 milyon manata yaxın gəlir əldə etdi - FOTO

30 Noyabr 2025 09:25 Qarabağ 825
"Qarabağ" 60 milyon manata yaxın gəlir əldə etdi - FOTO

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi indiyədək 30 milyon avro (təxminən 59 milyon manat) qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.

Bu mənada "köhlən atlar" "Union" (Belçika), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) kollektivlərini üstələyib.

Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransadan PSJ-dir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti