“Şah” əməliyyata girəcək

29 Noyabr 2025 19:40 Qarabağ 1 117
“Şah” əməliyyata girəcək

Millinin Fransa ilə keçirdiyi son matçıda (1:3) zədələnən

Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq.

Qapıçı bu məqsədlə gələn ay ölkə xaricinə yollanacaq.

31 yaşlı qolkiper sol bud çanağından xəsarət alıb. O, bu səbəbdən minimum 2-3 ay yaşıl sahələrdən kənarda qalacaq.

Xroniki ağrılardan əziyyət çəkən «çərçivə qoruyucusu» fevraldan tez fərdi məşqlərə başlaya bilməyəcək.

DÇ-2026-nın seçmə mərhələsinin son turunun oyununda sıradan çıxan «Şah» fasilədə Aydın Bayramovla əvəzlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO