Huşuni itirmiş “Qarabağ”lı özünə gələndən sonra yazdı: “İşə qayıtmaq üçün…”

29 Noyabr 2025 08:50 Qarabağ 1 652
Huşuni itirmiş “Qarabağ”lı özünə gələndən sonra yazdı: “İşə qayıtmaq üçün…”

“Mənim üçün narahat olan hər kəsə çox təşəkkür edirəm, minnətdaram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina öz instaqram hesabında yazıb.

O bildirib ki, özünü yaxşı hiss edir:

“Hər zamanki kimi işə qayıtmaq üçün səbirsizlənirəm. Mübarizəyə davam edirik”.

Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” qarşılaşmasının 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirmişdi.

Həkimlərin köməyindən sonra kolumbiyalı oyunçu oynamağa qərar versə də, bir neçə dəqiqə sonra yenidən halı pisləşdiyi üçün meydandan çıxarılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti