“Qarabağ”la bağlı şübhəli qərar haqda: “Bu, onun insafına qalıb”

01:50 Qarabağ 63
“Qarabağ”la bağlı şübhəli qərar haqda: “Bu, onun insafına qalıb”

Ümumittifaq dərəcəli referi Rüstəm Rəhimovun fikrincə, polşalı FIFA referisi Şimon Marçinyak "Napoli" - "Qarabağ" oyununda Marko Yankoviçin epizodunda penalti təyin etməyə bilərdi.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "report"a açıqlama verib.

R.Rəhimov İtaliyada keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun matçındakı hakim idarəçiliyi ilə bağlı danışıb:

"Hava şəraiti, meydanın sürüşkən olmasına görə bəzi hallarda futbolçular kobud oynayırdılar. Hakimin də müəyyən epizodlarda xırda səhvləri var idi. Amma Marçinyak təcrübəli referidir. Dünya çempionatının, UEFA Çempionlar Liqasının və UEFA Superkubokunun finalını idarə edib. "Qarabağ"ın qapısına təyin olunan penalti vaxtı mövqeyi də yaxşı idi. Orada qayda pozuntusunun olduğunu hesab etdi. Amma məncə, şübhəlidir. 11 metrlik cərimə zərbəsini təyin etməyə də bilərdi. Bu, hakimin insafına qalıb. Yaxşı ki, "Qarabağ"ın qapıçısı Mateuş Koxalski penaltini dəf etdi".

Veteran hakim polşalı ədalət təmsilçisinin qərəzli olmadığını vurğulayıb:

"Qarabağ" da artıq Avropada tanınır. Rəqib evdə oynayırdı. Bəlkə bunun da penalti anında bir az təsiri olub. Eyni hal bizim qapımızda yaşansaydı, 11 metrlik cərimə zərbəsi təyin edərdi? Bunu onun ədalətinə buraxmaq lazımdır. Dünən həmin penaltini verməsəydi, irad olmayacaqdı. 50-nin 50-yə olan epizoddur".

"Qarabağ" sözügedən qarşılaşmada rəqibinə iki cavabsız qolla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!