“Napoli”yə uduzandan sonra "Qarabağ"ın mərhələ adlama şansı neçə faizdir?

00:50 Qarabağ 69
“Napoli”yə uduzandan sonra "Qarabağ"ın mərhələ adlama şansı neçə faizdir?

Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.

Sportinfo.az xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 68%-dir.

Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasına isə 0.2% ehtimal verilib.

Siyahıya İngiltərənin "Arsenal" klubu başçılıq edir. "Topçular"ın 1/8 final mərhələsinə yüksəlmək fürsəti 99.99%, ilk "24-lüy"ə düşməsi isə 100%-dir.

Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 93%, 1/8-ə isə 4%-dir.

"Qarabağ"ın Çempionlar Liqasında "Ayaks", "Ayntraxt Frankfurt"la ev və "Liverpul"la səfər oyunları qalıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda beş turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!