“Bu, xırda bir şeydir, üstünə düşməyə dəyməz“.
“Qarabağ“ın kommunikasiya departamentinin rəisi Anar Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.
Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” - “Qarabağ” görüşündə (2:0) gərgin anların yaşanmasından xəbərdarsız.
İtalyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun legionerləri Marko Yankoviç və Pedro Bikalyo arasında mübahisə düşüb.
Onları komanda yoldaşları sakitləşdiriblər. Yayılan söz-söhbətlərə görə, Qurban Qurbanov bu cütlüyü böyük miqdarda cərimələyib.
Həmçinin Yankoviçlə Bikalyonun qeyri-müəyyən müddətə əsas heyətdən uzaqlaşdırdığı iddia olunur.
A.Hacıyevin bu xəbərlərin heç birinin həqiqəti əks etdirmədiyini bildirib:
“Futbolçular arasında kiçik bir söz-söhbət düşüb. Söhbət elə orada da “ölüb“.
Oyunun sonrakı dəqiqələrində və oyundan sonra heç kimin yadına düşməyib. Bu, hər komandada ola biləcək hadisədir.
Hamısı oyunun həyacanından qyanaqlanan şeydir. Yəqin o gün baxdız, «Mançester Yunayted»in oyunçusu «Everton»la qarşılaşmada öz komanda yoldaşına sillə vurdu.
Yəni ki, söz-söhbət istənilən yerdə, istənilən böyük komandada olur. Belə halları şişirtməyə dəyməz.
Qurban Qurbanov nə Yankoviçi cərimələyib, nə Bikalyonu. «Karvan»la oyundan sonra mətbuat konfransı keçiriləcək, inanmasaz, özündən də soruşa bilərsiz.
Yayılan video bizi qətiyyən narahat eləmir. Düzü, mən oyun vaxtı həmin epizodu görməmişdim.
Ciddi bir şey baş versəydi, gözümdən qaçmazdı. Bəlkə Qurban müəllimin özü də onu həmin vaxt görməmişəm.
Yayılan video yalnız «Tiktok» həvəskarlarına maraqlı gələ bilər».

