Qurban Qurbanova Türkiyə millisinin imzalı formasını hədiyyə etdilər - VİDEO

28 Noyabr 2025 23:20 Qarabağ 606
Qurban Qurbanova Türkiyə millisinin imzalı formasını hədiyyə etdilər - VİDEO

Türkiyəli məşhur şərhçi Ertem Şener bu gün "Qarabağ"ın bazasını ziyarət edib.

Sportinfo.az xəbər verir ki, komananın baş məşqçisi Qurban Qurbanovla görüşən E.Şener ona Türkiyə millisinin imzalı formasını və topunu hədiyyə edib.

44 nömrəli forma 44 günlük Vətən müharibəsinə həsr edilib ki, Q.Qurbanov belə bir hədiyyənin çox dəyərli olduğunu bildirib.

Q.Qurbanov həmçinin, Türkiyənin millisinə DÇ-2026-nın pley-off oyunlarında, klublarına isə avrokuboklarda uğurlar arzulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti