"Qarabağ"ın legioneri 11 dəfə “oğurluq” edib - BURADA

28 Noyabr 2025 09:20 Qarabağ 933
"Qarabağ"ın legioneri 11 dəfə “oğurluq” edib - BURADA

"Qarabağ"ın legioneri Pedro Bikalyo Çempionlar Liqasında top qazanma sayında liderlər arasında qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi geridə qalan beş oyun ərzində 11 dəfə rəqibdən topu ala bilib.

O, bu göstəricidə üçüncü sıradadır. Ağdam təmsilçisinin zədəli futbolçusu Kadi Borges isə beşincidir - 10 top qazanma.

Siyahıya İspaniya təmsilçisi "Atletik Bilbao"nun üzvü Aytor Paredeş (13) başçılıq edir.

Pedro Bikalyo "Qarabağ"a yayda transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti