UEFA bu hadisəyə görə "Qarabağ"ı cərimələdi

00:30 Qarabağ 69
UEFA bu hadisəyə görə "Qarabağ"ı cərimələdi

UEFA İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. "Qarabağ" azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!