“Qarabağ”ın Premyer Liqanın 13-cü turu çərçivəsində “Karvan-Yevlax”la keçirəcəyi oyunun biletləri satışa çıxır.
Sportinfo.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.
Satış məntəqələri: “iTicket.az”da onlayn satış, oyun günü isə “iTicket.az”da onlayn, həm də “Azersun Arena”nın kassası.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

