“Qarabağ”dakı "razborka": Qurban Qurbanov onları komandadan kənarlaşdırıb? - VİDEO

20:00 Qarabağ 818
“Qarabağ”dakı "razborka": Qurban Qurbanov onları komandadan kənarlaşdırıb? - VİDEO

Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” - “Qarabağ” görüşündə (2:0) gərgin anların yaşanmasından xəbərdarsız.

İtalyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun legionerləri Marko Yankoviç və Pedro Bikalyo arasında mübahisə düşüb.

Onlar komanda yoldaşlarıonları sakitləşdiriblər. Əcnəbilərin niyə mübahisə etdiyi bəlli deyil.

Yayılan söz-söhbətlərə görə, Qurban Qurbanov bu cütlüyü böyük miqdarda cərimələyib. Həmçinin Yankoviçlə Bikalyonun qeyri-müəyyən müddətə əsas heyətdən uzaqlaşdırdığı iddia olunur.

Saytımızın əldə etdiyi məlumat isə bunu demir.

Bizdəki informasiyaya görə, baş məşqçi monteneqrolu və braziliyalı yarımmüdafiəçilər heç bir cəriməyə məruz qalmayıb

Mübahisə iştirakçıları, sadəcə, tənbeh edilib. Səbəbkarlar isə oyunun stressindən əsəblərinə hakim ola bilmədiklərini, söz güləşdirdiklərini söyləyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti