“Qarabağ”ın “1 nömrə”si “hipnoz”çudur? - “Onun günahı yoxdur”

27 Noyabr 22:40 Qarabağ 136
“Qarabağ”ın “1 nömrə”si “hipnoz”çudur? - “Onun günahı yoxdur”

İtaliya mediası Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən “Napoli” – “Qarabağ” (2:0) oyunundan sonra Azərbaycan çempionunun oyununu və xüsusilə Mateuş Koxalskinin çıxışını yüksək qiymətləndirib.

İtalyan jurnalistləri hesab edir ki, məhz polyak qapıçı uzun müddət intriqanı qoruyub və ardıcıl xilasetmələri “Napoli”nin hücumlarına başlıca maneə olub.

Sportinfo.az xəbər verir ki, “Eurosport Italia” Koxalskinin çıxışını “fövqəladə” adlandırıb və əsas xilasetmələrini vurğulayıb:

“Ən azı dörd sensasion seyv. O cümlədən Heylunnun penalti zərbəsini düzgün təxmin etdi. Buraxılan qollarda onun günahı yoxdur”, - deyə nəşr yazıb.

“TuttomercatoWeb” portalı qapıçının iradəsinə heyranlıqla yanaşıb:

“O, komandasını bacardığı qədər oyunda saxladı və tam haqlı olaraq matçın ən yaxşı oyunçusudur”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!