“Qarabağ” qapıçısı Mateuş Koxalskini itirə bilər.
Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper yenidən Avropa klublarının maraq dairəsinə düşüb.
Polşalı qapıçının Çempionlar Liqasındakı parlaq çıxışı xarici skautların diqqətini çəkib. Xüsusən də son turda “Napoli” (0:2) ilə matçdakı performansı onun Azərbaycandan ayrılmaq şansını artırıb.
Bildirilir ki, Koxalski ölkəsi Polşa ilə yanaşı, Bolqarıstan, Portuqaliya və Belçika klublarının diqqət mərkəzindədir.
Xarici klubların skautları qapıçının durumunu mövsümün sonuna qədər izləyəcəklər. Qolkiper bu cür çıxışı davam etdirsə, yayda “Qarabağ”a bir neçə təklifin gəlməsi gözlənilir.
Mateuş Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onunla Dortmund “Borussiya”sı da ciddi maraqlanır.

