"Qarabağ" ÇL-də ilk "3-lük"də yer aldı - Bir nominasiyada

27 Noyabr 2025 13:20 Qarabağ 784
"Qarabağ" ÇL-də ilk "3-lük"də yer aldı - Bir nominasiyada

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 227 dəfə buna nail olublar.

İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada birinci, Belçikanın "Yunion" (246) kollektivi ikincidir.

"Qarabağ" Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"yə uduzub - 0:2. "Köhlən atlar" hazırda turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti