"Qarabağ"la oyunda hər şey yaxşı alındı, ancaq daha yaxşı ola bilərdi”

00:30 Qarabağ 57
"Qarabağ"la oyunda hər şey yaxşı alındı, ancaq daha yaxşı ola bilərdi”

"Napoli"nin müdafiəçisi Amir Rrhmani Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Neapolda "Qarabağ" üzərində 2:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az “Napoli Magazine” nəşrinə istinadən xəbər verir ki, kosovolu Azərbaycan çempionuna qarşı keçirilmiş matç haqda danışıb:

“Həmişə əlimizdən gələni etməliyik. "Qarabağ"la oyun çətin keçdi, amma hər şey yaxşı alındı.

Baxmayaraq ki, daha yaxşı ola bilərdi. Çoxlu qol şansları yaratdıq və müdafiədə və yarımmüdafiədə mütəşəkkil idik.

Rəqibimiz kim olursa olsun, hər şey həmişə bizdən asılıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!