Qurban Qurbanov ona heykəl qoyulmasını istəyirmi? - VİDEO

00:50 Qarabağ 66
Qurban Qurbanov ona heykəl qoyulmasını istəyirmi? - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ona heykəl qoyulmasını istəmir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sportinfo TV”yə müsahibəsində məşqçi özü bildirib.

“Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm.

Mən bu xalqın övladıyam. Tapşırılan işi layiqincə yerinə yetirməliyəm.

Heykəli qoyulası o qədər adam var ki... Bizim müharibədə o qədər qəhrəmanlarımız oldu, öz xarakterini ortaya qoyub ölümə gedənlər oldu...

Onların haqqında daha çox danışılmalıdır, nəinki bizim. Bu, gündəlik iş rejimidir, bizə maneə olan, daş atan yoxdur. Sakitcə öz işimizi görürük”, - deyə Q. Qurbanov söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!