İtaliyaya gedən azərbaycanlı nazir “Qarabağ”a ürək-dirək verdi - FOTO

02:00 Qarabağ 58
İtaliyaya gedən azərbaycanlı nazir “Qarabağ”a ürək-dirək verdi - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çempionlar Liqasının 5 turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Qarabağ” klubu məlumat yayıb.

Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Görüş zamanı C. Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.

Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda, “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.

Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!