“Qarabağ” Avstriya yolunda - Çempionlar Liqası üçün

26 May 2023 01:00 Qarabağ 3 939
“Qarabağ” Avstriya yolunda - Çempionlar Liqası üçün

Azərbaycanı növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın yay hazırlıq planı məlum olub.

Sportinfo,az xəbər verir ki, mayın 28-də Premyer Liqanın son tur oyunundan sonra istirahətə buraxılacaq kollektiv iyunun 11-də Bakıda toplaşacaq.

Komanda hazırlığın əsas mərhələsini Avstriyada keçəcək. “Qarabağ” iyunun 22-də sözügedən ölkəyə yollanacaq.

Ancaq toplanışın müddəti hələlik dəqiqləşməyib. Bu, Çempionlar Liqasının püşkatmasından - komandanın ilk oyunu harada keçirməsindən asılı olacaq.

“Atlılar” səfərdə oynayacaqsa, Avstriyadan birbaşa ora gedəcək. İlk oyun evdə olacağı təqdirdə komanda daha erkən Bakıya qayıdacaq.

“Qarabağ” toplanış müddətində 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər hələlik dəqiqləşməyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır