“Qarabağ”dan “Qalatasaray”la əlaqəli SON DƏQİQƏ AÇIQLAMASI

22 Mart 2023 21:20 Qarabağ 2 047
“Qarabağ”dan “Qalatasaray”la əlaqəli SON DƏQİQƏ AÇIQLAMASI

“Qarabağ” və “Qalatasaray” arasında keçiriləcək xeyriyyə matçına bilet satışı yekunlaşmaq üzrədir.

Bu barədə Sportinfo.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, hazırda satışda çox az sayda bilet qalıb:

“Mayın 26-da Bakı Olimöpiya Stadionunda keçirəcəyimiz matça azarkeşlər tərəfindən böyük maraq var. Satışa 60 mindən çox bilet satışa çıxarmışıq.

Biletlər tükənmək üzrədir. Azarkeşlər tələssin. Yəqin ki, bir-iki günə biletlər tam satılıb qurtaracaq.

Bilirisz ki, AVRO-2020-nın Bakıda keçirilən oyunlarından öncə stadionda bəzi yerdəyişmələr edilib, ümumi azarkeş tutumu bir qədər azaldılıb.

“Sky-box”ları hesaba qatsaq, 70 min nəfər yer var. Oyun günü stadionda əsl anlaşq gözləyirik”.

Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var