"Konte ilə "Qarabağ"da işləyəndə tanış oldum, xeyli söhbət etdik"

20 Mart 2023 13:40 Qarabağ 1 163
"Konte ilə "Qarabağ"da işləyəndə tanış oldum, xeyli söhbət etdik"

"Konte ilə tanışlığım "Qarabağ"da işləyəndə olub".

Sportinfo.az xəbər verir ki, bunu "Sauthempton"un baş məşqçisi Ruben Selles deyib.

İspaniyalı mütəxəssis bildirib ki, hazırda Tottenhem"ə rəhbərlik edən Antonio Konte ilə 1-2 dəfə görüşüb:

"Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyundan sonra xeyli söhbət etdik. O, məşqçi kimi məndə xoş təəssüratlar oyatdı.

Kontenin qarşısına rəqib kimi çıxmaq sevindiricidir. Onun komandasına qalib gəlmək üçün əlimdən gələni edəcəyəm".

Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var