
“Qarabağ”ın sabiq forvardı İbrahima Vadji “Sent-Etyen”dən ayrıla bilər.
Bu haqda “peuple-vert.fr” məlumat yayıb.
Seneqallı hücumçu mövsümün əvvəlində Azərbaycan çempionundan keçdiyi Liqa 2 klubunda ümidləri doğrultmur.
Baş məşqçi Loren Battlzın istəyi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib.
Fil Dişi Sahilidən olan forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent-Etyen” onu yanvarda yenidən heyətinə cəlb etməyə çalışacaq.
“Qarabağ” 2021-ci ilin yayında Norveç “Höqesunn”undan 500 min avro qarşılığında transfer etdiyi İbrahima Vadjini bu ilin avqustunda 1,6 milyon avroya “Sent-Etyen”ə satıb.
Fransızlarla 3 illik müqavilə imzalayan 27 yaşlı afrikalı Liqa 2-də keçirdiyi 10 oyunda 3 qol vurub.
Redaksiyamıza daxil olan məlumata görə, “Qarabağ“ yanvarda Vadjini icarəyə götürmək variantını nəzərdən keçirir.
Hücumçu axtarışında olan Qurban Qurbanov onu və komandanı yaxşı tanıyan, adaptasiya üçün zaman istəməyəcək seneqallını ən pis halda 1 il müddətində yenidən öz sərəncamında görmək niyyətindədir.
Sadəcə, Vadjiyə başqa təkliflər də var. Liqa 2-nin təmsilçiləri ilə yanaşı, Türkiyə və Yunanıstandan da onav dəvətlər gəlib.
Maraqlıdır ki, afrikalı legioner seçim etməyi xanımının öhdəsinə buraxıb. Həyat yoldaşı hara getmək istəsə, o da ora yollanacaq.
SPORTİNFO.AZ