“Gent”i “Qarabağ”la oyunda favorit sayıram"

3 Dekabr 2022 00:40 Qarabağ 1 566
“Gent”i “Qarabağ”la oyunda favorit sayıram"

“Gent”i “Qarabağ”la oyunda favorit hesab edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a müsahibəsində “Neftçi”nin futbolçusu Kenni Sayef Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent” önündə şansları ilə bağlı danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi 2014-2018-ci illərdə formasını geyindiyi “Gent”in bu cütlükdə favorit olduğunu düşünür. İsrailli oyunçu Azərbaycan çempionunun da rəqibinə müqavimət göstərəcəyinə inanır:

“Hər iki komanda çox güclüdür, taktiki baxımdan yaxşı təşkilatlanıblar. Maraqlı duel olacaq. “Gent” adətən avrokuboklarda uğurlu çıxış edir.

Bu cütlükdə də Belçika klubunu üstün görürəm. Ancaq heç kim deyə bilməz ki, “Qarabağ” onlar üçün asan rəqib olacaq”.

“Qarabağ”la “Gent” arasında ilk oyun 2023-cü il fevralın 16-da Bakıda, cavab görüşü isə bir həftə sonra Gentdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır