“Qarabağ” “Gent”lə ilk oyunu harada keçirəcək?

7 Noyabr 2022 19:20 Qarabağ 3 658
“Qarabağ” “Gent”lə ilk oyunu harada keçirəcək?

“Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Təmsilçimiz bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.

Bu gün təşkil olunan püşkatma mərasimində səpələnməmiş olan “Qarabağ” fevralın 16-da keçiriləcək ilk görüşə Bakıda çıxacaq.

Konfrans Liqasında qrup ikincisi olan rəqiblə cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.

Ağdam klubu ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda çıxış edəcək. Bu ilin əvvəlində “Qarabağ” Fransa təmsilçisi “Marsel”ə uduzub – 1:3, 0:3.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...