Dünya çempionu üçün mübarizə aparacaq - Paytaxt təmsilçisi

00:00 İngiltərə 75
Dünya çempionu üçün mübarizə aparacaq - Paytaxt təmsilçisi

“Arsenal” yay transfer dövrü üçün böyük planlar qurur.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “topçular” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin transferi uğrunda digər klublarla rəqabət aparacaq.

Bildirilir ki, dünya çempionu olan argentinalı oyunçu “Çelsi”nin layihəsindən məmnun olmayan futbolçulardan biridir. Buna baxmayaraq, London klubu onu satmaq niyyətində deyil.

25 yaşlı yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ildə, “Benfika”dan 121 milyon avroya transfer olunmuşdu.

Onun müqaviləsinin müddəti 2032-ci ilin iyununa qədərdir. O, cari mövsümdə 50 oyunda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti