Xabi Alonso karyerasını “Çelsi”də davam etdirəcək?

22:00 İngiltərə 84
Xabi Alonso karyerasını “Çelsi”də davam etdirəcək?

“Real”ın sabiq baş məşqçisi Xabi Alonso karyerasını “Çelsi”də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Karlo Pelleqatti şəxsi “YouTube” kanalında məlumat verib.

Onun sözlərinə görə, “Milan” bir müddət əvvəl ispaniyalı mütəxəssisi baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirib:

“Xabi Alonso “Milan”ın Massimiliano Alleqriyə alternativ kimi düşündüyü məşqçilərdən idi. Bir neçə ay əvvəl klubda belə fikir var idi. Amma görünür ki, o, “Çelsi”yə rəhbərlik etməyə hazırlaşır”.

Alonso 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər “Real”ın baş məşqçisi olub. Daha sonra tərəflər yollarını ayırıb.

Mətbuatda ispaniyalı çalışdırıcının klub rəhbərliyi və bəzi futbolçularla fikir ayrılığı yaşadığı barədə xəbərlər yayılmışdı.

“Çelsi”nin daimi baş məşqçisi yoxdur. London təmsilçisi apreldə çalışdırıcısı Liam Rosenyorla yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti