"Sabah" basketbol klubunun məqsədi zirvədəki yerini qorumaq olub.
Sportinfo.az xəbər verir ki, bunu "report"a a açıqlamasında adıçəkilən klubun prezidenti Maqsud Adıgözəlov deyib.
O, komandasının ardıcıl 4 il Azərbaycan Basketbol Liqasının qalibi olmasına münasibət bildirib:
"Zirvədəki yerimizi qoruyub saxladığımız üçün sevincliyik. Bizim üçün əsas olan bu idi. Azərbaycan Basketbol Liqasında iştirak edən komandalar hər il güclənir.
Rəqabət ildən-ilə artır. Xoşbəxtik ki, sonda qalib gələn tərəf olduq.
Finalda məğlub etdiyimiz "Abşeron Lions" yaxşı oyunçulardan təşkil olunub".
Klub rəhbəri Çempionlar Liqasında da uğurlu çıxışa ümid etdiklərini bildirib:
"İndidən bu oyunlar barədə danışmaq tezdir. Gəlin hadisələri qabaqlamayaq, lakin biz hər zaman komandamız barədə ən yaxşısına ümid edirik".
Azərbaycan Basketbol Liqasının final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.

