“Mən bu səbəbdən çox danışmıram" - Çempionumuz

03:10 Cüdo 58
“Mən bu səbəbdən çox danışmıram" - Çempionumuz

Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.

O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib:

"Tbilisidəki Avropa çempionatını geridə qoymuşuq. Artıq bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib.

Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı mundialda layiqincə təmsil edəcəklər".

H.Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:

"Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu, şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram".

Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti