“Çelsi” yay transfer pəncərəsi öncəsi hücum xəttində dəyişiklik etməyə hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi Liam Delapın komandadan ayrıla biləcəyi ehtimalına görə, artıq alternativ axtarışına başlayıb.
Klubun əsas hədəflərindən biri PSJ-nin forvardı Qonçalo Ramuşdur.
“Çelsi” portuqaliyalı hücumçu üçün transfer mübarizəsinə qoşulmağa hazırdır. Ancaq onunla Avropanın bir neçə başqa klubu da maraqlanır.
Ramuş PSJ-yə 2024-cü ildə, “Benfika”dan 65 milyon avroya transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
24 yaşlı futbolçu cari mövsümdə Paris təmsilçisinin heyətində 41 oyuna çıxaraq, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

