“Mançester Siti”nin müdafiəçisi Natan Ake yay transfer dönəmində komandadan ayrıla bilər.
31 yaşlı futbolçunun müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulsa da,
iddialara görə, “şəhərlilər” onunla yolları ayırmağa hazırdır.
Sportinfo.az “Voetbal International”-a istinadən xəbər verir ki, niderlandlı oyunçunun vətəninə qayıtmaq ehtimalı az görünür.
O, karyerasını İtaliya A Seriyasında davam etdirmək niyyətindədir. Ake ilə “Yuventus”, “Milan” və “Roma” maraqlanır.
Futbolçu cari mövsümdə Pep Qvardiolanın komandasında bütün turnirlər daxil olmaqla 29 oyunda meydana çıxıb.

